İsraildə nadir hadisə baş verib.
XəzərXəbər ölkə.az-a istinadla xəbər verir ki, İsraildə yaşayan Elle Ladovitch adlı qadın eyni anda iki ayrı bətndən uşaq dünyaya gətirib.
Ladoviç, onu müayinə edən həkimin sözügedən vəziyyətdən şoka düşdüyünü və hamiləlik xəbərini dəqiqələrlə verə bilməyədiyini bildirib.
31 yaşlı ana Elle Ladoviç uşaqlıq didelfisi ilə doğulub, yəni onun uşaqlığı tamamilə ayrı-ayrı iki hissəyə bölünüb və hər biri döl böyüyüb.
Mütəxəssislərin fikrincə, bu vəziyyətin əlli milyon hamiləlikdən birində baş vermə ehtimalı var.