Xəzər Xəbər

"Omikron" ştamı niyə sürətlə yayılmır? - ARAŞDIRMA

Maraqlı | 10:41 • 2 Yanvar 2022
"Omikron" ştamı niyə sürətlə yayılmır? - ARAŞDIRMA

Mütəxəssislər "omikron" ştamının səbəb olduğu koronavirus infeksiyasının yüngül gedişatını əvvəlki variantlarla müqayisədə ağciyərlərdə ştamın aşağı yayılma sürəti ilə əlaqələndirirlər.

Bu barədə "New York Times" qəzeti xəbər verib.

Məlumata əsasən, bu nəticəyə bir neçə tədqiqat qrupu gəlib. Belə ki, Yaponiya və ABŞ-dan olan tədqiqatçılar dağsiçanı və siçovulları SARS-CoV-2-nin müxtəlif ştamları ilə yoluxdurublar. "Omikron"la yoluxan gəmiricilərin tənəffüs yolları daha az zədələnib.

Oxşar nəticələr Honq-Konq Universitetinin əməkdaşları tərəfindən əldə edilib, lakin onlar insan orqanizminin toxumaları ilə təcrübə aparıblar. Tənəffüs yollarından götürülən 12 nümunəsində "omikron" "delta"dan daha yavaş yayılıb./Publika.az

Xəbər lenti

Çox oxunanlar