ABŞ-dan olan alimlər elm dünyasında yeni cığır açacaq kəşfə imza atıblar.
Yuta Universitetinin tədqiqatçıları Yerin daxilindəki maqma üzərində apardıqları araşdırma nəticəsində dünya tarixinə təsir edəcək qalıqlara rast gəliblər.
Alimlər Yerin orta təbəqəsində 4.5 milyard il əvvəl Marsa bənzər planetlə toqquşma nəticəsində qaldığı təxmin edilən qalıqlar tapıblar. Bu qalıqlar Yerin əmələ gəlməsi prosesi ilə bağlı mübahisələri yenidən qızışdırıb.
Tədqiqatçılar sözügedən toqquşmanın adi proses olmadığını və dünyanın aldığı zərbə nəticəsində temperaturun dəyişdiyini bildiriblər.
Bu olaydan sonra universitetin bir çox akademikinin Yeni il məzuniyyəti ləğv edilərək geri çağırılıb. Mövzu ilə bağlı yaxın günlərdə daha geniş açıqlamalar veriləcək./Teleqraf.com