Gecə yığıncağında spirtli içkilərin qəbulundun sonra səhər vaxtı baş ağrısına ağrıkəsici dərmanlar kömək etmir.
"Sputnik" xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya 1" telekanalının efirində bildirib.
Həkimin sözlərinə görə, analgetik maddələr heç bir fayda verməyəcək: əksinə, qaraciyər və mədəyə əlavə ziyan vuracaq.
O həmçinin qeyd edib ki, əgər insan həddindən artıq çox spirtli içki qəbul edibsə, "dərəcəni artırmamaq" və spirtli içkiləri qarışdırmamaq kimi məsləhətlər içkidən sonra baş ağrısına kömək etməyəcək.
Buna baxmayaraq, Myasnikov XX əsrin ortalarında kəşfiyyatçılar üçün yazılmış kitabdan öyrəndiyi bir üsulu paylaşıb.
"Orada qeyd edilib: spirtli içki veriləcəyi güman edilən məclisdə agentlə görüşə gedəndə bir qədəh Provans yağı içmək lazımdır", - deyən mütəxəssis əlavə edib ki, söhbət sərxoş olmamağa kömək edən zeytun yağından gedir.
Moskva Səhiyyə Departamentinin narkoloqu Yevgeni Bryun isə Yeni il bayramından bir gün sonra orqanizmin zəhərlənməsini azaltmaq üçün süd məhsulları, bulyonlar, şorbalar, şorabalar yeməyi, həmçinin şoraba suyunu içməyi tövsiyə edib./Publika.az