Dünyada Yeni ili hər xalq bir cür qarşılayır. Müxtəlif ölkələrin bununla bağlı adət-ənənələri var.
XəzərXəbər bu dəfə həmin məlumatı təqdim edir:
Yaponiya - Köhnə ilin şər ruhlarını qovmaq üçün evlərin qarşısında kəndir asılır. Yaponlar Yeni ilin ilk saniyələrinə gülüşlə daxil olmağa çalışırlar.
Çin – Geridə qalan ilin mənfi enerjisini qovmaq məqsədilə evlər təmizlənir. Bundan əlavə, uşaqlara şans gətirməsi üçün qırmızı zərflərdə pullar verilir.
İsveçrə - Yeni ili yaxşı ruhları təmsil etdiyinə inandıqları kostyumları geyinərək qarşılayırlar.
Hollandiya – Yola salınan ilin pis ruhlarını qovmaq, yeni ilə hüzurla və xoşbəxt girmək üçün küçələrdə yolkaları yandırırlar.
Çili – Bu ölkədə gecə yarısı bir qaşıq mərci yeyənlərin yeni ildə iş həyatında uğurlara imza atacağına inanılır.
Cənubi Afrika – Şans gətirsin deyə, köhnə ev əşyaları pəncərədən atılır, yeni əşyalarla yeni ilə girilir.
Belarusiya - Subay qızların qarşısına qarğıdalı qoyulur, ortaya isə xoruz. Xoruz əvvəlcə kimin qabağından qarğıdalı yesə, həmin qızın evlənəcəyi düşünülür.
İspaniya - Saat 00.00-da 12 ədəd üzüm dənəsi udulur və Yeni il üçün arzular tutulur.
Danimarka – Köhnə qab-qacaqlar qapı qarşısında qırılır. Bunun pis şansı uzaqlaşdıracağına inanılır.
Rumıniya - Ayı dərisi geymiş insanlar küçələrdə dolaşaraq rəqs edirlər. Onlar bununla pis ruhları qovduqlarını düşünürlər./Sfera.az