Corc Vaşinqton Universitetinin səhiyyə siyasəti və menecmenti professoru Liane Ven parça maskaların koronavirusun “omikron” ştamı qarşısında faydasız olduğunu bildirib.
CNN xəbər verir ki, professorun sözlərinə görə, parça maskalar bəzəkdən başqa bir şey deyil:
"“Omicron”la mübarizədə onların yeri yoxdur”.
O, ictimai yerlərdə N95 sinfinə aid maskalardan və respiratorlardan istifadə etməyi məsləhət görüb. Liane Ven bildirib ki, bu qoruyucu vasitələr kiçik hissəciklərin nazofarenksə daxil olmasının qarşısını alır./Redaktor.az