Xəzər Xəbər

Plutonda sirli proses - Cırtdan planetdə nə baş verir?

Maraqlı | 18:23 • 19 Dekabr 2021
Plutonda sirli proses - Cırtdan planetdə nə baş verir?

2015-ci ildə Plutonda tapılan qəribə həndəsi fiqurlar uzun müddətdir sirr olaraq qalır. Elm adamları cırtdan planetdə sublimasiya prosesinin davam etdiyini deyirlər.

Bununla bağlı araşdırma “Nature” jurnalında dərc olunub.

İngiltərənin Ekseter Universitetinin tədqiqatçısı Adrien Morison komandasının işinin Plutonda görünən “sirli poliqon”un - azot buzunun çoxbucaqlılarını izah edə bildiyini söyləyib. Bütün əlamətlər Günəş sistemindəki uzaq obyektin hələ də geoloji cəhətdən aktiv olduğunu göstərir.

“Pluton hələ də geoloji cəhətdən aktivdir. Bu, onun Günəşdən uzaq və daxili enerji mənbələrinin məhdud olmasına baxmayaraq davam edir. Bu, səthindəki şərtlərin atmosferindəki azot qazının donmuş azotla birgə mövcud olmasına imkan verən Sputnik düzənliyinə də aiddir”, - Morison bildirib.

 

Sputnik düzənliyi Plutonun ən möhtəşəm geoloji özəlliklərindən biridir. Bura Plutonun ekvatorunun hər iki tərəfində yerləşən nəhəng oval formalı zonadır. Zonanın sahəsi 900 min kvadrat kilometrdir ki, bu da Venesuelanın ölçüsü ilə müqayisə edilə bilər, dərinliyi isə ən azı 2-3 km-dir. Bütün bu ərazi azotlu buzla doludur./Teleqraf.com

Xəbər lenti