Dərinin qocalması təbii prosesdir və qarşısını almaq mümkün deyil. Dərimizin daha erkən qocalmasına səbəb olan bəzi amillər var.
Yeməyə vərdiş etdiyimiz bəzi qidalar dərinin qocalmasını sürətləndirir.
Səhər şəkərli məhsullar istehlak etmək
Əksəriyyət insan səhərlər bol şəkərli qidalar yeməyi sevirlər. Lakin bu şirniyyatların tərkibindəki artıq şəkər dərinizin sağlamlığına zərər verə bilər. Həddindən artıq şəkər istehlakı dərinin qocalmasını sürətləndirir.
Ağ çörək
Qidalanmanızda ağ çörəkdən uzaq durun. Ağ çörək qida ilə zəngin xüsusiyyətlərdən məhrumdur və şəkərin başqa bir versiyasıdır. Tərkibindəki yüksək B vitamini təmizlənmə prosesi zamanı itir. Əvəzində tam buğdadan hazırlanmış çörək istehlak edə bilərsiniz. Bu çörək növü daha az emaldan keçir, ona görə də tərkibində B vitaminləri tam olaraq qalır.
Qidalanmada vitaminə yer ayırın
Əgər yeməkləriniz ət, yumurta və kartofdan ibarətdirsə və yanında tərəvəz yoxdursa, dərinizin qocalma prosesini sürətləndirmiş olursunuz. Meyvə və tərəvəzlər dərinin daha sağlam qalmasına kömək edən antioksidantlarla zəngindir. Buna görə də, yulaf əzməsinə çiyələk və ya yumurtanıza ispanaq əlavə edərək həm toxluq hissini artıra, həm də dərinizin sağlam qalmasına kömək edə bilərsiniz.
Qəhvənizə dadlandırıcı əlavə etməyin
Qəhvənin necə hazırlnaması da dərinizin qocalmasına təsir edə bilər. İstər isti, istərsə də buzlu qəhvə içsəniz, qədərindən artıq dadlandırıcı əlavə etmək dərinizə mənfi təsir göstərə bilər. Dərinizin sağlamlığı üçün əlavə şəkəri məhdudlaşdırmaq və səhər yeməyinizə meyvə və tərəvəz kimi qidaları daxil etmək vacibdir./Teleqraf.com