Təqaüddə yaşamaq üçün ən yaxşı ölkələrin adları açıqlanıb.
“Our Life Plan” portalının araşdırmasına görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Avstraliya və İsrail təqaüdçülər üçün ən yaxşı ölkələrdir.
Siyahı xoşbəxtlik reytinqi, yaşayış minimumu, orta aylıq əmək haqqı, orta illik temperatur və ildə günəş işığı saatlarının sayı kimi amillərdən istifadə edilməklə tərtib olunub.
Araşdırmanın nəticələrinə görə, təqaüdçülər üçün ən yaxşı ölkə olan BƏƏ-də illik temperatur orta hesabla 27 dərəcə təşkil edib, günəş ildə 3508 saat parlayır - bu göstəricilər yüksək yaşayış minimumu və orta aylıq əməkhaqqı ilə yanaşı, ölkəyə birinci yeri tutmağa imkan verib.
Təqaüdçülər üçün ilk "beşlik"ə BƏƏ, Avstraliya, İsrail, Bəhreyn və Səudiyyə Ərəbistanı daxildir.
“Our Life Plan” portalı Avropa ölkələri arasında uzun gündüz saatları və orta illik temperaturu 19,6 dərəcə olan Kipri bu siyahıya tövsiyə edir. Kipr çimərlikləri, restoranları, kafeləri və köhnə şəhərləri ilə tanınır.
İlk on ölkəni İspaniya, Malta, Kolumbiya və Tailand tamamlayır. (Modern.az)