“Cənubi Afrika Respublikasından (CAR) əldə edilən məlumatlara əsaslanaraq deyə bilərik ki, Omicron ştamı hazırda göründüyündən daha təhlükəli ola bilər”.
Bu fikir Yohannesburqdakı Vitvatersrand Universitetinin peyvənd mütəxəssisi Şabir Madhi bildirib.
Mütəxəssis qeyd edib ki, Omicron ştamının əsl zərərli potensialını gizlədə biləcək xüsusiyyəti mövcuddur: bir vəziyyət var: “CAR əhalisi artıq koronavirusun yeni variantına qarşı yüksək immunitetə malikdir. Məhz bu fenomen COVID-19-un əvvəlki dalğaları ilə müqayisədə CAR-da xəstəxanalara daha az yoluxmuş insanın daxil olmasını izah edir”.
Şabir Madhi əlavə edib ki, bu günə qədər CAR-da koronavirusa yoluxan, təxminən 6 min insan xəstəxanaya yerləşdirilib ki, bu, pandemiyanın ikinci və üçüncü dalğalarının pik nöqtəsində xəstəxanalarda olan yoluxanların üçdə birindən azdır: “Bu, cənubi afrikalıların yüksək immunitetə malik olması ilə əlaqədar ola bilər”.
Bəzi yerli elm adamları hesab edirlər ki, digər ölkələrdə Omicron ştamının yaratdığı növbəti dalğa CAR-da olduğu kimi davam etməyəcək./Lent.az