2022-ci ilin şanslı rəngləri açıqlanıb.
Pələng ilində mavi, yaşıl, qırmızı və sarı olmaqla 4 əsas rəngin uğur gətirəcəyi bildirilib. Lakin məlumata görə, qeyd edilən rənglərin hər birinin istifadəsi uyğun sahələrə yönəldilməlidir. Belə ki, mavi görüşlərdə, iş toplantılarında, yaşıl yeni bir işə, yaxud yeni yaşanacaq bir məkana gedəndə, qırmızı romantik görüşlərdə, uşaq doğumu gözlənilən zamanlarda seçilməlidir. Sarı isə daşınmaz əmlakın əldə edilməsi və ya sərvətin ötürülməsi üçün istifadə olunmalıdır.
Bundan əlavə, zəif və ya müəyyən qüsurları olan insanların bədbəxtlikdən qaçmaq üçün ağ və qızıl rənglərindən istifadəsi tövsiyə olunur. Məsələn, bu rənglərə geyimlərdə, aksesuarlarda üstünlük verilə bilər. Eyni zamanda qədim Çin fəlsəfəsinə görə, qırmızı rəngli pul kisəsindən həmişə uzaq durmaqda fayda var. Əks halda, pul əlinizdən çıxacaq./Sfera.az