Xəzər Xəbər

“Pantone” şirkəti gələn ilin rəngini elan etdi – İki rəngi qarışdırdı və...

Maraqlı | 16:31 • 13 Dekabr 2021
“Pantone” şirkəti gələn ilin rəngini elan etdi – İki rəngi qarışdırdı və...
2022-ci ilin rəngi bəlli olub.
 
Bu barədə "Pantone” şirkəti məlumat yayıb. Qurum bu il mövcud rənglərdən seçim etmək əvəzinə, yeni kəşfə üstünlük verib və "Very Peri” adlı rəng ortaya çıxarıb.
 
Şirkətin əməkdaşları mavi ilə qırmızını qarışdıraraq fərqli rəng əldə ediblər.
 
"Pantone” Rəng İnstitutunun vitse-prezidenti Lauri Presmən "Mavi rəngin keyfiyyətlərini bənövşəyi-qırmızı rənglə birləşdirən "Pantone 17-3938 Very Peri” enerjili, şən əhval-ruhiyyəni, həmçinin cəsarətli yaradıcılığa və obrazlılığa təşviq edən dinamik varlığı nümayiş etdirir”, deyə bildirib.
 

Xatırladaq ki, 2021-ci ilin rəngləri sarı və boz idi. 1950-ci ildə Nyu-Yorkda qurulan "Pantone” şirkəti isə, 2000-ci ildən bəri Panton Rəng İnstitutu vasitəsiylə ilin rəngini müəyyənləşdirir./Sfera.az

Xəbər lenti

Çox oxunanlar