Qadınların evliliyə olan münasibəti və həyat yoldaşı seçimi müxtəlifdir. Maraqlıdır ki, bu kriteriyalar bürclərə görə də fərqli ola bilir.
Bu dəfə qadınların bürclərə görə evlilik həyatı haqqında məlumatı təqdim edirik:
Qoç bürcü – Sevgi evliliyi qurmaq istəyən bu bürclər çox romantik deyillər. Məntiq və duyğusallığı paralel idarə etmək onların bacardığı məsələlərdən biridir. Qoç qadını ilə evlilik kələ-kötür yolda hərəkət etmək kimidir. Kişilərin əksəriyyəti qoç qadınına nəzarət etməkdə çətinlik çəkir. Onlar idarə edilməyi sevmirlər. İnad uğruna evlənənlərlə yanaşı, kiçik mübahisəyə görə boşanan qoçlara da tez-tez rast gəlmək olur.
Buğa bürcü – Bu bürcün qadınları üçün evlilik qərarı vermək çətindir, onlar üçün iş həyatı daha önəmlidir. Karyera qurduqdan sonra ailə qurmaq istəyirlər. Əslində isə sevgi dolu, ideal həyat yoldaşıdırlar. Lakin münasibətlə bağlı əmin olmalıdırlar. Onlar təmtəraqlı toy istəyirlər. Evliliyin ilk günlərindən sonra buğa qadını həyat yoldaşına tam sahiblik edir. Güvən hissi və həyatdan həzz almaq istəyi birləşdikdə, buğa bürcünün cinsi performansı ortaya çıxır.
Əkizlər bürcü – Bu bürcün qadınları daha yetişkin olurlar. Onlar münasibətlərlə bağlı təcrübə qazanmağa, evlilikdən gözləntilərinin dəqiqləşməsinə üstünlük verirlər. Bu səbəbdən evlilik yaşının gec olmasını məqbul hesab edirlər. Ailə və işi eyni anda idarə etmək istəyirlər və çox zaman da uğurlu olurlar. Gözləntiləri böyük olur.
Xərçəng bürcü - Onların evlilikləri qarışıq və çətin olur. Zaman-zaman itirmək qorxusu ilə yaşayırlar. Kiçik bir şey belə onları kədərləndirə, incidə bilər. Amma problemləri böyütmək əvəzinə, susmağa üstünlük verirlər. Vacib günləri unutmazlar. Adətən, cəmi bir dəfə ailə həyatı qururlar.
Şir bürcü – Dəlicəsinə sevilmək istəyirlər. Diqqətdən kənarda qalmaq onları məyus edir. Sevgilərini alova bənzətmək olar. Qayğı göstərilərsə yanır, əksi olarsa, sönürlər. Onlar üçün nəzarət etmək önəmlidir. Əslində şir qadınının hökmranlığına məruz qalmayan adam onun üçün daha özəl olur. Həyat yoldaşını seçənə qədər hər kəsi sınayır. Seçdiyi birinə sadiq həyat yoldaşı olur
Qız bürcü – Bir şirkəti idarə etməklə paralel ailə qura bilmə potensialına sahibdirlər. Gec yaşlarda evlənməyə üstünlük verirlər. Təşkilatçılıq qabiliyyətləri qüvvətlidir. Həyat yoldaşlarını dəstəkləməkdən zövq alırlar, sadiq olurlar. Qayda-qanunlara əməl edən, planlı uşaq böyütmək üçün əllərindən gələni edirlər. Maddiyyat onlar üçün əhəmiyyətlidir. Evi rahat idarə etmək üçün kifayət qədər pulları olmalıdır.
Tərəzi bürcü – Evlilik qərarı vermək onlar üçün asan deyil. Münasibətlərinin zamanla oturuşduğunu hiss etdikləri zaman qərar verməkdə çətinlik çəkirlər. Bəzən aidiyyatı olmayan mövzularda mübahisə yaradıb sevginizi sınağa çəkə bilərlər. Amma güvənsələr, evlənmək istəyərlər. Xəyanəti qəbul etmirlər, lakin görmədikləri halda reaksiya vermirlər. Sakit, hüzurlu bir ailə onlar üçün idealdır.
Əqrəb bürcü – Gizli olan hər şeyə nifrət edirlər. Ona görə də həyat yoldaşının ondan gizlətdiyi sirləri varsa, bunu normal qəbul etmirlər. Onlara görə nəzarət mərkəzi özləridir. Əqrəb qadınlarının barmağına bir dəfə üzük taxa bildinizsə, işlər dəyişəcək. Adətən həyat yoldaşlarını dəstəkləyən partnyordurlar. Münasibətdə güvən hiss etmirlərsə, qısqanc olurlar.
Oxatan bürcü – Onlar üçün evlilik duyğusal kəşfdir. Uşaq sahibi olmağı sevirlər, amma həyat yoldaşlarına bağlı olmaqdan xoşları gəlmir. Doğru kişini tapdıqları təqdirdə, nikah masasına, ancaq gec yaşlarda oturarlar. Oxatan qadınları həyəcan bitdiyi yerdə durmur. Hər şeyi birlikdə etmək əvəzinə, tərəfdaşlarını başqa maraqlar tapmağa təşviq edirlər, lakin bu, çox vaxt qısqanclıq hallarına gətirib çıxara bilər.
Oğlaq bürcü – Bu bürcün qadınları asanlıqla ailə həyatı qura bilmirlər. Onlar hər şeyin qaydasında olmasını gözləyir və tərəfdaşlarının evlilik institutunun hər bir detalına hörmət etməsini istəyirlər. Onlar üçün evlilik ömürlük həyatın başlanğıcıdır. İsrafçılığı sevmirlər. Şəxsi həyatları ilə iş həyatlarını balanslaşdıra bilirlər. Bəzi hallarda iş, həyat yoldaşlarını üstələyir, amma bu vəziyyəti düzəltməyə çalışırlar. Oğlaq qadınları qayğıkeş ana olurlar.
Dolça bürcü – Evlilikdə "mən” yox, "biz” önəmlidir. Həyat yoldaşının fikirlərini nəzərə alırlar. Qorxu və qayğılarından qurtula bilən kimi evlənməyə qərar verirlər. Dolçalar sadiq və qətiyyətlidirlər. Həyat yoldaşlarına lazımi azadlığı təklif edir və təzyiq olmadan dəstəkləyən tərəfdaş olmağa diqqət yetirirlər. Bu hüquqlar onlara verilməsə, azadlıqları məhdudlaşdırılsa, evliliklərində problemlər yarana bilər.
Balıq bürcü – Həyat yoldaşları ilə birlikdə arzularını həyata keçirmək istəyirlər. Balıqlar üçün "bal ayı” heç vaxt bitmir. Onların xəyalpərəst evliliyi olur. Bəzi balıqlar isə evliliklərindən bir müddət sonra, ilk günlərin həsrətini çəkməyə başlayırlar. Kiçik, gözlənilməz problemlər yaranmağa başlayır. Qısqancdırlar, amma bunu göstərmirlər. Ürəyi qırılanda istəkləri də qırılır. Onun ürəyini yenidən qazanmaq olduqca asandır, amma bir az vaxt lazımdır. Qayğıkeş ana olurlar. Ailələri ilə birlikdə olmaqdan zövq alırlar. /Sfera.az