Britaniyalı həkim Devid Lloyd "Omikron” ştamına yoluxmuş uşaqlarda baş verə biləcək qeyri-adi simptomdan danışıb.
Həkim böyüklərdə və uşaqlarda xəstəliyin əlamətləri arasında fərq olduğunu deyib.
"Omikron”a yoluxmuş uşaqların 15 faizinə qədərində qeyri-adi bir səpgi müşahidə olunub”, - deyə o bildirib.
Həkim bu əlamətlərin bəzən yetkin insanlarda da göründüyünü vurğulayıb: "Tibb mütəxəssiləri virusun bu ştamı haqqında tədricən də olsa, daha çox məlumat öyrənməyə başlayıblar. Ümid edək ki, bu variant "Delta” qədər ölümcül deyil və biz bununla başa çıxa bilərik. Ancaq bəli, qorxulu dövr yaşayırıq”, - deyə ekspert qeyd edib.
Qeyd edək ki, bəzi mütəxəsssizlər yeni variantın ortaya çıxmasından sonra bir daha qapanma olmayacağı ehtimalını irəli sürüblər./Sfera.az