Xəzər Xəbər

“Apokalipsisə hazırlıq” başladı - Bəşəriyyətin qara qutusu tikilir

Maraqlı | 14:39 • 7 Dekabr 2021
“Apokalipsisə hazırlıq” başladı - Bəşəriyyətin qara qutusu tikilir

Alimlər Avstraliyanın Tasmaniya adasında “Yerin qara qutusu” adlı struktur inşa edirlər.

Nəhəng polad monolit təyyarə qəzalarının səbəbini öyrənmək üçün istifadə edilən qara qutulardan ilhamlanıb.

Həmçinin, bu qurum iqlim böhranının səbəb olduğu "apokalipsis"dən sonra insanlara nə baş verdiyini və nəyin səhv getdiyini izah edəcək ipuçlarına ev sahibliyi edəcək.

Sözügedən monolit günəş enerjisi ilə işləyən sərt disklərdən ibarət olacaq. Bu disklərin hər biri real vaxt rejimində elmi yeniliklər və dünyanın üzləşdiyi bəzi ən qaranlıq problemlərin təhlili ilə doldurulacaq.

“Qiyamət anbarı”nın yerləşdiyi şəhər dünyanın hər hansı digər yerindən daha sürətli istiləşir.

Beləliklə, iqlim dəyişikliyi, növlərin yox olması, ətraf mühitin çirklənməsi və onların sağlamlığa təsiri ilə bağlı bütün məlumatlar qeydə alınacaq.

Layihə Tasmaniya Universitetinin tədqiqatçıları, “Clemenger BBDO” Marketinq agentliyi və “The Glue Society” İncəsənət kollektivi ilə əməkdaşlıqda hazırlanır.

Bu layihədə tədqiqatçılar 21-ci əsrdə bəşəriyyətin başına gələnləri yenidən təkamül edəcək və ya Yer kürəsini ziyarət edəcək ağıllı canlılar qruplarına və ya sağ qala biləcək insan qruplarına izah etməyi hədəfləyirlər.

Layihənin saytında deyilir: “Əgər biz həyat tərzimizi kökündən dəyişməsək, iqlim dəyişikliyi və insan tərəfindən törədilən digər təhlükələr sivilizasiyamızın dağılmasına səbəb olacaq. Yerin Qara qutusu bu fəlakətə doğru atdığımız hər addımı qeyd edəcək. Planetimizin sağlamlığına dair yüzlərlə məlumat davamlı olaraq toplanacaq və gələcək nəsillər üçün təhlükəsiz şəkildə saxlanılacaq.

İdeya ondan ibarətdir ki, əgər Yer kürəsinin sivilizasiyaları iqlim dəyişikliyi nəticəsində dağılacaqsa, bu qırılmaz qeyd cihazı sağ qalanların dərs alması üçün orada olacaq”.

Sonda qeyd edək ki, monolit təxminən 7 santimetr qalınlığında poladdan tikiləcək. Qutunun içəisində günəş panelləri ilə işləyən internetə qoşulmuş saxlama cihazları sistemi olacaq./redaktor.az

Xəbər lenti

Çox oxunanlar