Xəzər Xəbər

“Omikron” koronavirusun son nəfəsidir? – Alimlər “öldürməyən ştam”la bağlı ilginc açıqlamalar verdi

Maraqlı | 13:31 • 7 Dekabr 2021
“Omikron” koronavirusun son nəfəsidir? – Alimlər “öldürməyən ştam”la bağlı ilginc açıqlamalar verdi
Yeni "Omikron” ştamı ilə bağlı bütün dünya alimlərindən nikbin bəyanatlar gəlir.
 
Bəzi ekspertlər "Omikron”un COVID-19-u bir növ qripə çevirəcəyini iddia etsə də, bəzi ekspertlər bunu koronanın həyatımızı tərk edəcəyinin ilk əlaməti hesab edirlər. 
 
 
Halbuki "Delta” ştamında ciddi yüksəliş var idi. Ölüm hallarının olmamasının və xəstəliyin yüngül şəkildə irəliləməsinin əsas səbəbi peyvənddirmi? Ona baxmaq lazımdır. Çünki peyvənd olunanların faizi yüksəkdirsə, artıq qorunma spektri formalaşır.
 
Türkiyəli professor Səma Kultufan Turanın sözlərinə görə, "Omikron” ştamı sürətlə yayılsa da ölüm faktının qeydə alınmaması nikbinliyə əsas verir.
 
"Müsbət dəyişiklik olub-olmadığını söyləmək hələ tezdir, lakin hələlik ölüm halı qeydə alınmayıb. Bu, COVID-19-un pandemiyadan endemik vəziyyətə keçməsi üçün ümidverici əlamət saymaq olar”.

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci isə "Delta” ilə müqayisədə "Omikron”un özünü "daha yaxşı apardığını”, lakin qəti nəticələrə gəlmək üçün daha çox işləməyin lazım olduğunu bildirib./sfera.az

Xəbər lenti

Çox oxunanlar