Xəzər Xəbər

Kimlərdə vaksinə qarşı immunitet yaranmır?

Maraqlı | 17:48 • 3 Dekabr 2021
Kimlərdə vaksinə qarşı immunitet yaranmır?

Ağır immunçatışmazlığı olan insanlarda peyvəndlərə qarşı immunitet yaranmır və onların orqanizmində virusun yeni mürəkkəb mutasiyaları yarana bilər.

Bu barədə rusiyalı immunoloq və tibb elmləri namizədi Nikolay Kryuçkov bildirib.

“Bu, həm də kimyaterapiya, yaxud qlükokortikosteroid terapiyası alanlara və ya ağır xroniki xəstəliklərdən əziyyət çəkən yataq xəstələrinə aiddir”, - deyə o qeyd edib.

O vurğulayıb ki, belə xəstələrin əhatəsində olanların peyvənd edilməsi vacibdir, xəstələrin özləri də qismən təcrid olunmalıdırlar. Virus inkişaf edir və bu, immuniteti aşağı olan insanlar üçün təhlükə yaradır.

Mənbə: URA.RU

Xəbər lenti

Çox oxunanlar