Avstraliya 6 milyona yaxın vəhşi pişiyi məhv etmək qərarı alıb.
Buna səbəb kimi həmin heyvanların qida zəncirinə təhlükə yaratması irəli sürülüb. Qeyd edilib ki, vəhşi pişiklər hər il 530 milyondan çox qurbağa və sürünənləri, həmçinin 450 milyon məməlini və 270 milyon quşu öldürdükləri üçün müxtəlif ölkələrin hədəfindədir. Buna görə də, Avstraliya hökuməti lazım gələrsə, "genetik bio-nəzarət variantları”ndan istifadə edərək, yerli vəhşi təbiəti qorumağı və torpaqların geniş şəkildə məhvinə səbəb olan növləri aradan qaldırmağı planlaşdırır.
Məlumata görə, bu istiqamətdə tətbiq ediləcək üsullara yemləmə, atəş etmə və zəhərləmə daxildir. Təklif olunan plana görə, böyük vəhşi pişiklərin olduğu ərazilərdə hava yolu ilə zəhərli kolbasaların buraxılması nəzərdə tutulur. /Sfera.az