Xəzər Xəbər

Dekabrda gözlənilən maqnit qasırğaları: PROQNOZ

Maraqlı | 16:17 • 1 Dekabr 2021
Dekabrda gözlənilən maqnit qasırğaları: PROQNOZ
Yeni 2022-ci ildə Yerin maqnitosferində tam sakitlik gözlənilir, lakin Milad bayramında bu baxımdan narahatlıq olacaq.
 
XəzərXəbər bildirir ki, dekabrda güclü maqnit qasırğaları gözlənilmir, lakin zəif geomaqnit dalğalanmaları tez-tez olacaq və uzun sürəcək.
 
Dekabr ayı ərzində çoxsaylı və uzunmüddətli geomaqnit partlayışları müşahidə olunacaq. Yeganə yaxşı xəbər odur ki, onlar kiçik gücə malik olacaqlar. Ancaq unutmayın ki, Günəş dəyişkəndir və onun fəaliyyəti ilə bağlı proqnoz da dəyişə bilər.
 
Artıq ayın əvvəlindən narahatlıq olacaq: dekabrın 3-dən dekabrın 6-dək olan müddətdə uzanan geomaqnit dalğalanmaları gözlənilir ki, bu da ardıcıl 4 gün davam edəcək.
 
Dekabrın 12-də Günəş aktivliyinin daha ciddi təzahürü gözlənilir, ertəsi gün, dekabrın 13-də zəif qasırğayya çevriləcək və 14-də başa çatacaq.
 
Bundan əlavə, daha üç gün ardıcıl olaraq - dekabrın 17-dən 19-dək kiçik qasırğa gözlənilir.
 
2021-ci ilin sonunda isə Günəş iki gün – dekabrın 24 və 25-də sonuncu dəfə Yer kürəsini geomaqnit qasırğaları ilə narahat edəcək.
 
Günəşin mənfi təsirlərinə hazırlaşmaq və müəyyən dərəcədə qorunmaq üçün meteo həssas insanların bir ay ərzində maqnit qasırğaları ilə bağlı vəziyyəti əvvəlcədən bilmələri faydalıdır. Həqiqətən, maqnit qasırğaları dövründə əhval-ruhiyyənin pisləşməsi mümkündür.
 
Dekabr ayında kiçik maqnit qasırğaları gözlənilən tarixlər: 3, 4, 5, 6, 12, 17, 18, 19, 24, 25.
 
Dekabrın  13 və 14-də daha ciddi maqnit qasırğaları mümkündür.
 
(lent.az)

Xəbər lenti

Çox oxunanlar