Xəzər Xəbər

“Omikron” ştamının əsas təhlükəsi AÇIQLANDI

Maraqlı | 14:32 • 1 Dekabr 2021
“Omikron” ştamının əsas təhlükəsi AÇIQLANDI

Koronavirusun “Omikron” ştamının əsas təhlükəsi insan orqanizmi tərəfindən istehsal olunan antikorların adətən birləşdiyi hissələrdə çoxlu sayda mutasiyaların olmasıdır. Digər ştamlara qarşı artıq formalaşmış immunitet “omikron”la mübarizədə təsirli olmaya bilər.

Bu barədə “Lenta.ru”ya Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru, biologiya elmləri doktoru Ança Baranova məlumat verib.

Bioloq qeyd edib ki, Honkonqda xəstəxanaya yerləşdirilən “omikron” ştamlı xəstələr artıq tam peyvənd olunublar: “Bu, köhnə vaksinlərin yaratdığı immunitetin yeni varianta qarşı təsirli olmayacağını göstərir: “Məlum olub ki, antikorlar S-zülalını etibarlı şəkildə tanıya bilmir, yəni virusun ətrafında yapışıb onu zərərsizləşdirə bilmirlər. Bu, böyük təhlükədir, xüsusən Honkonqda “omikron”a yoluxmuş insanların tam peyvənd olunduğunu bildiyimiz halda”./publika.az

Xəbər lenti

Çox oxunanlar