Xəzər Xəbər

Təl-Əviv yaşayış üçün dünyanın ən bahalı şəhərdir

Maraqlı | 12:20 • 1 Dekabr 2021
Təl-Əviv yaşayış üçün dünyanın ən bahalı şəhərdir

İsrailin Təl-Əviv şəhəri 2021-ci ildə qiymətlərinə görə, Paris və Honkonqu qabaqlayaraq dünyada yaşayış üçün ən bahalı şəhərə çevrilib.

“The Jerusalem Post” qəzeti yazır ki, bu barədə məlumat Böyük Britaniyanın “Economist Group” kompaniyasının yaşayış qiymətlərinə görə dünyanın 173 iri şəhərini tədqiq etdiyi “Worldwide Cost of Living 2021” sənədində yer alıb.

Təl-Əviv 2020-ci ildə Paris, Honkonq, Osaka və Cenevrədən sonra ən bahalı beşinci şəhər idi. Onun birinci pilləyə yüksəlməsinə İsrail milli valyutasının ABŞ dollarına nisbətdə məzənnəsinin uzunmüddətli artımı, həmçinin ərzaq məhsullarının və nəqliyyatın bahalaşması səbəb olub. Ötən il şəhərdə əmtəə və xidmətlərin orta qiyməti 1,9 faiz, bu il isə 3,5 faiz artıb.

Pandemiyanın əvvəlindən bəri İsrail valyutası dollara nisbətdə təxminən 10 faiz bahalaşıb. Bir ay öncə yerli valyutanın məzənnəsi ötən əsrin 90-cı illərinin ortalarından bəri ilk dəfə olaraq bir dollar üçün 3,04 şekel təşkil edib.

Xəbər lenti

Çox oxunanlar