Xəzər Xəbər

Qorxunc dəri XƏRÇƏNGİ: bu simptomlar sizdə varsa...

Maraqlı | 09:42 • 30 Noyabr 2021
Qorxunc dəri XƏRÇƏNGİ: bu simptomlar sizdə varsa...

Dəridəki çürüklər qan xərçənginin yaranmasından xəbər verə bilər.

Bu barədə "Ekspress Blood" "Cancer UK" xeyriyyə təşkilatına istinadla məlumat yayıb.

"Əvvəlcə zamanla rəngini dəyişən, qaralmağa başlayan və tez-tez ağrıyan qırmızı ləkələrə bənzəyirlər. Qara dəridə onları aşkar etmək daha çətindir", - həkimlər qeyd ediblər.

Səbəbsiz kilo itkisi, bədəndə qabarmalar, nəfəs darlığı, gecə tərləmələri, ağır infeksiyalar, qızdırma, səpgi və ya qaşınma, sümük və oynaq ağrıları, yuxu və ya istirahətdən sonra getməyən yorğunluq və dəridə solğunluq bu xərçəngin digər əlamətləridir.

Həkimlərin vurğulayıblar ki, qan xərçənginin əlamətləri yavaş-yavaş görünür, bəzi insanlarda isə ümumiyyətlə üzə çıxmır. Yəni, proses gizli gedə bilər.

Vaxtında diaqnoz sayəsində xəstəlik müalicə edilə bilər: bu xəstəlik üçün beş il sağ qalma nisbəti orta hesabla 70%-dir./Publika.az 

Xəbər lenti

Çox oxunanlar