Rusiya Psixiatriya Klinik Xəstəxanasının baş həkimi Georgi Kostyuk koronavirusdan sonra panik atakların olması ilə bağlı xəbərdarlıq edib.
Rusiyanın RBK kanalına açıqlama verən Kostyuk bir çox pasiyentin infeksiyadan sonra ürək döyüntüsü ilə qarşılaşdığını və bunun da panik atakların yaranmasına təkan verdiyini söyləyib. O qeyd edib ki, panik atakları olan və ya başqa bir şəkildə narahatçılığı, yuxusuzluğu olan insanların sayı artıb.
Bununla belə, həkim COVID-19-dan sonra bu problemlərin həllinin mümkün olduğunu deyib:
"Depressiv pozğuntular və panik atak daha çox orta yaşlı insanlarda müşahidə olunur. Yaşı çox olanların isə az hissəsi vəziyyətlərinin pisləşməsini hiss edə bilirlər”.
Kostyuk deyib ki, insanların çoxu əhval-ruhiyyənin pisləşməsi, konsentrasiyada çətinlik və psixi problemlər kimi hallarla qarşılaşır. /Sfera.az