Xəzər Xəbər

Vaksinin hamilələr üzərində son təsiri açıqlandı

Maraqlı | 09:45 • 27 Noyabr 2021
Vaksinin hamilələr üzərində son təsiri açıqlandı

Peyvəndlərin hamilə qadınlara heç bir neqativ təsiri olmadığı üzə çıxıb.

Bu barədə Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, araşdırma 350.000 qadın üzərində aparılıb. Mütəxəssislərin sözlərinə görə, vaksin vurduran hamilə xanımların vaksin vurdurmayanlara görə, düşük və ya erkən doğuş riski yoxdur.

Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Meri Ramyes qeyd edib ki, hamilə xanımlar vaksin vurdurmaqda tərəddüd etməməlidir: “Əgər hələ də vaksin vurdurmamısınızsa, bu yeni məlumat sizə etibarlı mənbə ola bilər. Hər hamilə qadın qorxmadan gedib vaksin vurdura bilər. Koronavirusun hamiləlikdə yaratdığı riskdən sizi qoruyacaq”./Publika.az 

Xəbər lenti

Çox oxunanlar