Yapon alimləri koronavirusun dominant mutasiyası - "delta" variantının diqqətçəkən tədqiqat nəticələrini ictimaiyyətlə bölüşüblər.
Mişima Milli Genetika İnstitutunun alimləri koronavirusun mutasiyaya uğramasından əvvəl təkamül prosesində çox ani genetik dəyişikliklərin baş verdiyini açıqlayıb.
Genetika professoru İturo İnoue bu barədə "Japan Times"a danışıb: "Yaponiyada "delta" variantı çox tez yoluxur və digər variantlardan üstündür. Lakin mutasiyalar artdıqca biz görürük ki, bu virus uğursuzluğa düçar olur və öz sürətini artıra bilmir".
Professor İnouenin sözlərinə görə, 3 ay əvvəl "delta" variantı ölkə daxilində çox sürətlə yayılırdı, lakin son zamanlarda gündə yalnız 140 yoluxma qeydə alınır: " "Delta" variantı hələ də canlı və güclüdür, lakin təxmin edirik ki, yoluxma sayının azalması ilə mutasiyalar təbii şəkildə məhvə doğru gedir".
İngiltərənin Ridinq Universitetinin alimi Simon Klark isə hesab edir ki, virusun çoxalmaması onu sona yaxınlaşdırır: "Virus çox mutasiyaya uğrayır və müəyyən bir nöqtədən sonra çoxalmır. Bir virus bu nöqtəyə çatdıqda ölür deyə bilərik. Bunu insanın övladının olmaması və onun genetik inkişafının dayanması ilə də müqayisə etmək olar"./publika.az