Polşalı sürücülər avtomobillərinə olduqca çox sürətlə sürməyi sevirlər.
Müxtəlif ölkələrdə avtomobil sürücüləri arasında sorğu keçirən "YouGov" mərkəzinin mütəxəssisləri belə qənaətə gəliblər.
Rəyi soruşulan polyakların 49%-i yüksək sürətlə səyahətə üstünlük verir.
İkinci yeri Almaniyadan olan sürücülər tutur, onların 47%-i yüksək sürət həvəskarlarıdır. Üçüncü yeri meksikalılar, hindular və Birləşmiş Ərəb Əmirliklərinin sakinləri bölüşüblər. Bu ölkələrdə respondentlərin 46%-i sürətli avtomobil sürməyi sevdiyini bəyan edib.
Birləşmiş Ştatlarda yüksək sürətli sürücülər bir qədər azdır - sorğuda iştirak edənlərin 45%-i. İndoneziyada avtomobil sürücülərinin 39%-i süərtlə sürməyi xoşlayır. Böyük Britaniyada 36%, İspaniya və Avstraliyada sürücülərin hər birində 31% sürətli sürməyə üstünlük verir. Fransada yol istifadəçilərinin 30%-i yüksək sürətə olan həvəslərindən danışıb. Sonuncu yerdə sürücülərin 24%-nin sürətlə sürməyə meylli olduğu Sinqapur qərarlaşıb. (Modern.az)