Xəzər Xəbər

İnternetdə neçə saat vaxt keçirirsiniz? - "Yuxuya ayırdığımız vaxtdan çox..."

Maraqlı | 16:25 • 19 Noyabr 2021
İnternetdə neçə saat vaxt keçirirsiniz? - "Yuxuya ayırdığımız vaxtdan çox..."
İnformasiya kommunikasiya texnologiyalarının inkişafı, elektron informasiya resurslarının genişlənməsi insanların internet asılılığını gücləndirir. Türkiyə Prezidenti yanında Rəqəmsal Transformasiya İdarəsinin açıqladığı məlumat da bunu təsdiqləyir.
 
Türkiyədə internetə sərf olunan gündəlik vaxt 7 saat 57 dəqiqəyə yüksəlib. Bu, əməkqabiliyyətli bir insanın gündəlik yuxu normasına bərabərdir. Türkiyədə insanlar bir gündə yatdığı yuxu qədər internetdə vaxt keçirir.
 
Rəqəmsal Transformasiya İdarəsinin sədri Ali Taha Koç bildirib ki, dünyada hər kəs orta hesabla bir saatdan çox internetdə vaxt keçirir. Koç söyləyib ki, Türkiyədə internetdə sərf edilən zaman göstəricisi dünya üzrə orta göstəricidən dəfələrlə çoxdur.
 
Rəqəmsal texnologiyaların təhsildən sağlamlığa, iş həyatından ticarətə qədər cəmiyyətin bütün sahələrinə sirayət etdiyini deyən Koç COVİD-19 pandemiyasından sonra internetdən asılılığın bir qədər də artdığını qeyd edib: "2019-cu ildə 1,1 milyard olan Elektron Hökumətə giriş sayı 2020-ci ildə 2,3 milyardı keçib. 2021-ci il üçün gözlənilən nəticə 3 milyard giriş olacaq”./Sfera.az 

Xəbər lenti

Çox oxunanlar