Xəzər Xəbər

Amerikalı qadın darıxdığından rekord qırdı: 95 gündə 4000 km qaçdı

Maraqlı | 14:02 • 13 Noyabr 2021
Amerikalı qadın darıxdığından rekord qırdı: 95 gündə 4000 km qaçdı

COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər zamanı darıxan ABŞ sakini hər gün marafon distansiyası qaçaraq Ginnesin Rekordlar Kitabına düşüb. Məlumata görə, o, 95 gündə təxminən dörd min kilometr məsafə qət edib.

Alissa Klarkın sözlərinə görə, 2020-ci ilin mart ayında İtaliyada yaşayıb. Həmin vaxt ölkə hakimiyyəti COVID-19 pandemiyası səbəbindən ilk dəfə olaraq karantin rejimi tətbiq edib. Tezliklə amerikalı qadın çoxdan hazırlaşdığı yay marafonlarının da ləğv olunduğunu öyrənib.

Karantin zamanı Klark hər gün marafon məsafəsi (42 km) qaçmaq qərarına gəlir. O, layihənin 15 gün davam edəcəyini düşünüb, lakin bu müddətdən sonra da qaçmağı dayandırmayıb. Qadın ABŞ-a qayıtdıqdan sonra da gündəlik marafonlara vaxt ayırıb. Bəzi günlərdə amerikalı qadın qaçış bandından istifadə etsə də, fürsət düşən kimi küçədə qaçıb. Sonda o, 95 gündə 95 marafon distansiyası qaçıb. Qadın qeyd edib ki, o, 96-cı qaçışa başlayıb, lakin səhhətində yaranan probdlemlər səbəbindən dayanmaq qərarına gəlib. Daha sonra amerikalı qadının koronavirusa yoluxduğu məlum olub.

“Həmişə deyirdim ki, tibb sisteminə lazımsız yük olmaq riski yaranan kimi qaçmağı dayandıracağam. Buna görə də, səhhətim pisləşən kimi qaçmağı dayandırdım”, - deyə o bildirib.

Klark tezliklə “Ginnes. Dünya Rekordları”ndan bir mesaj alıb. Təşkilatdan bildirilib ki, o, marafon qaçışlarında ardıcıllıq sayına görə rekord qırıb.

“Mən bu rekordu qırdığım üçün fəxr edirəm, amma ümid edirəm ki, kimsə tezliklə qaçmağa başlayacaq və daha da yaxşı nəticələr əldə edəcək”, - deyə amerikalı qadın bildirib.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024