COVID-19-un daha bir yan fəsadı ortaya çıxıb.
Virusa yoluxanlarda görmə itkisinin olduğu müşahidə edilib. Bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin koronavirus elmi komitəsinin üzvü professor Alper Şener açıqlama verib.
Peyvənd edilməmiş və ya natamam peyvəndli insanlarda pandemiyanın yeni əlamətlərinin təsbit edildiyini bildirən mütəxəssis sözlərinə belə davam edib:
"Pandemiyanın başlarında koronavirusa yoluxan insanların gözlərində kliniki qızartı və sulanma var idi. Sonradan gördük ki, bunlar optik sinirə, gözə zərər verəcək şəkildə təsir edir. Belə olan halda, vaksinin əhəmiyyəti bir daha ortaya çıxır. COVID-19 əleyhinə olan peyvəndlər insanları təkcə virusdan deyil, həm də xəstəlikdən sonra yarana biləcək simptomlardan qoruyur”.
Alper Şener COVID-19 diaqnozundan sonra görmə problemi olan xəstələrin sayının sürətlə artdığını və bu istiqamətdə elmi araşdırma apardıqlarını da bildirib./Sfera.az