COVID-19-un delta ştammı neytrallaşdırıcı anticisimlərdən yayına və xəstəliyin daha ağır gedişatına səbəb ola bilər.
Bunu Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi, professor Vladimir Çulanov bildirib.
Çulanov qeyd edib ki, delta ştammı pandemiyanın başladığı dövrdə mövcud olan baza ştamdan xassələrinə görə əhəmiyyətli dərəcədə fərqlənir:
“O həm də insandan insana daha sürətli ötürülmə xüsusiyyətlərinə malikdir və peyvənd vurulması, həmçinin əvvəlki xəstəlik nəticəsində qazanılmış antikorların neytrallaşdırıcı təsirindən yayınır. Bundan başqa daha patogendir, yəni xəstəliyin daha ağır gedişatına səbəb ola bilir və əlverişsiz nəticə ehtimalı daha yüksəkdir”./teleqraf