Xəzər Xəbər

Dietoloq immuniteti gücləndirən "multivitamin bombası"ndan danışdı

Maraqlı | 08:57 • 10 Noyabr 2021
Dietoloq immuniteti gücləndirən "multivitamin bombası"ndan danışdı

Çaytikanı giləmeyvələri bədən üçün faydalı olan bütün elementləri ehtiva edir və onların tərkibində sitrus meyvələrindən daha çox C vitamini var.

XəzərXəbər xəbər verir ki, bu barədə dietoloq İrin Rıl "RİA Novosti"yə müsahibəsində deyib.

“Bu giləmeyvə multivitamin bombasıdır. Tərkibində sitrus meyvələrindən daha çox C vitamini var. Onun tərkibinə A, E, B1, B2, B3, B6, B9, E, PP vitaminləri də daxildir. Çaytikanın tərkibindəki karotenoidlər və flavonoidlər sayəsində giləmeyvə immuniteti gücləndirmək və iltihabi proseslərə qarşı mübarizə aparmaq üçün əla vasitədir. Dəri xəstəlikləri və hemoroidin müalicəsində də çaytikanı yağı az effektli deyil. Çaytikanı giləmeyvəsi serotonin (xoşbəxtlik hormonu) istehsalını aktivləşdirir, qan laxtalanmasını azaldır”, - Rıl əlavə edib.

Eyni zamanda həkim xəbərdarlıq edib ki, çaytikanı allergik reaksiyalara da səbəb ola bilər. Böyrək və öd daşı olan insanlarda da ehtiyatla istifadə edilməlidir./publika.az

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024