Xəzər Xəbər

Fəsillərin müddəti dəyişir: Qış 2 ay, yay isə 6 ay çəkəcək

Maraqlı | 12:35 • 4 Noyabr 2021
Fəsillərin müddəti dəyişir: Qış 2 ay, yay isə 6 ay çəkəcək
Fəsillərin ənənəvi müddəti dəyişməyə başlayıb.
 
Bu barədə "Journal of Geophysical Research” jurnalında məlumat dərc edilib. Yazıda elm adamları Ciamin Vanq və Yipinq Quanın qlobal istiləşmə səbəbindən dəyişən dörd mövsümlə bağlı araşdırması əks olunub.
 
Araşdırmaya görə, 1952 və 2011-ci illər arasında Şimal yarımkürəsinin orta enliklərində yay fəslinin orta uzunluğu 78 gündən 95 günə qədər artıb, qışın uzunluğu isə 76 gündən 73 günə qədər azalıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panelin (İPCC) ssenarisinə əsasən, qışın 2 ay, yayın isə 6 ay davam etmə ehtimalı gözləniləndən daha tez müddətdə baş tutacaq. Buna səbəb isə, əvvəllər də qeyd edildiyi kimi, qaz emmisiyalarının 21-ci əsr boyu artmağa davam etməsidir.
 
Qeyd edilib ki, daha uzun yay fəsli günəş sevənlər üçün yaxşı xəbər olsa da, ən kiçik mövsümi dəyişikliklər belə, ekosistemin tarazlığını poza bilər. Məsələn, bu məhsul istehsalına zərər vura, yaxud ağcaqanadlardan qaynaqlanan xəstəliklərin sayını artıra bilər. Eyni zamanda uzun yay fəsli isti hava dalğaları və meşə yanğınlarının müddətini artırar, havanın çirklənmə ehtimalını ortaya çıxarar. /Sfera.az 

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024