ABŞ kəşfiyyatı yeni koronavirusun bioloji silah kimi yaradılmadığına inanır. Birləşmiş Ştatlar kəşfiyyatı hesab etmir ki, yeni koronavirus bioloji silah kimi yaradılıb.
Bu barədə ABŞ-ın Milli Kəşfiyyat Direktoru Aparatının saytında dərc olunmuş hesabatda deyilir.
"Hesab edirik ki, virus bioloji silah kimi hazırlanmayıb", - sənəddə deyilir.
Ölkənin kəşfiyyat orqanlarının əksəriyyəti də virusun "ola bilsin, genetik olaraq dəyişdirilmədiyini" güman edir. Bununla belə, kəşfiyyat orqanı hesab edir ki, bu cür qiymətləndirmələr üçün “kifayət qədər məlumat yoxdur”./publika.az