Xəzər Xəbər

Kosmosdan gələn həyəcanlı xəbər: İlk dəfə görüldü, Saturn boydadır

Maraqlı | 17:24 • 27 Oktyabr 2021
Kosmosdan gələn həyəcanlı xəbər: İlk dəfə görüldü, Saturn boydadır

Amerika Aeronavtika və Kosmos İdarəsi (NASA) ilk dəfə olaraq içində olduğumuz Süd Yolu qalaktikası xaricində bir planetin əlamətlərinə rast gəlinə biləcəyini açıqlayıb.

NASA-nın “Chandra X-Ray” teleskopu vasitəsilə əldə edilən bu həyəcanverici kəşf ekstraqalaktik planetlər üzərində yeni araşdırmalara yol aça bilər.

NASA-nın verdiyi açıqlamada, astronomların spiralvari formasına görə “Vortex” adlandırdıqları “Messier 51” (M51) qalaktikasında ola biləcəyi ehtimal olunan bir planetin izlərinə rast gəlindiyi bildirilib. Astronomlar bu günə qədər Günəş sistemindən kənarda və Süd Yolu qalaktikası daxilində bütün planetləri və planet namizədlərini müəyyən ediblər. Onların əksəriyyəti Yerə 3000 işıq ilinə yaxındır. Bununla belə, M51-də təsbit ediləcək ekstraqalaktik planetin 28 milyon işıq ili uzaqlıqda olduğu təxmin edilir.

Harvard Universitetinin Astrofizika Mərkəzinin elm adamı Rozanna Di Stefanonun rəhbərlik etdiyi araşdırmada rentgen şüalarından istifadə olunub.

Namizəd planetin Saturnun ölçüsündə olduğu ehtimal edilir./Teleqraf.com 

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024