İstanbul Universiteti – Cərrahpaşanın doktorantı, OSTİM Texniki Universitetinin Hibrit və Elektrikli nəqliyyat bölümünün müəllimi və eyni universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Nəcəfov yeni elmi kəşfə imza atıb.
XəzərXəbər xəbər verir ki, tullantıların idarə edilməsi və atılması problemi ətraf mühit və insan sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir və bu tullantıların böyük bir hissəsi gündəlik həyatda yüksək istifadəsinə görə polimerlərdən ibarətdir. Polilaktik turşu (PLA), neft polimerlərinə alternativ bir termoplastik materialdır, çünki bərpa olunan mənbələrdən əldə edilə bilər və xüsusilə bioloji olaraq parçalanır.
Bəxtiyar Nəcəfov bio əsaslı epoksi soya yağı, bitki və sitrat əsaslı fərqli molekulyar ağırlıqlı plastifiyanlardan istifadə edərək yeni PLA əsaslı bionanokompozit əldə edib. Bu kompozit gündəlik həyatımızın demək olar ki, hər sahəsində istifadə olunan, insan sağlamlığı və ətraf mühitə heç bir zərər verməyən mövcud neftdən əldə edilən polimerlərə (məhsullara) alternativ olan bioloji parçalana bilən bir polimer olacaq.
2016-cı ildə işlənmiş yağları torpaqla biodizelə çevirərək Türkiyədə gündəmə gələn Bəxtiyar Nəcəfov kəşf etdiyi bu PLA əsaslı bionanokompozitlə yenidən diqqəti üzərinə çəkib.