Bakıda müxtəlif illərdə 700 bal toplamış 2 məzunun - Ucal Ağammədovla Nərmin Məmmədlinin toy mərasimi keçirilib.
XəzərXəbər xəbər verir ki, bu barədə feysbukda Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, Ucal Ağammədov 2009-cu ildə qəbul imtahanından 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakuktəsinə qəbul olub.
Nərmin Məmmədli isə 2013-cü ildə qəbul imtahanından 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Hüquq fakultəsinə qəbul olmuşdur.
Hər iki gənc bakalavr təhsilindən sonra xaricdə təhsil alıb. Ucal İspaniyada, Nərmin isə İsveçdə təhsillərini davam etdiriblər.