Xəzər Xəbər

"Aspirin" bu xəstələrdə ölümə səbəb ola bilər XƏBƏRDARLIQ

Maraqlı | 17:05 • 13 Oktyabr 2021
"Aspirin" bu xəstələrdə ölümə səbəb ola bilər

Ağrıkəsici olaraq tanınan və ürək xəstəliklərinin qarşısının alınması məqsədilə aşağı dozada qəbulu tövsiyə edilən "Aspirin" dərmanı ilə bağlı yeni açıqlama gündəm olub.
 
Bu barədə ABŞ Profilaktik Xidmətlər İşçi Qrupu məlumat yayıb. Qeyd edilib ki, əks təsirləri faydasından daha çox olan bu dərman xüsusilə, infarkt və ya iflic riski olan 60 yaş və yuxarı xəstələrə aşağı dozada belə verilməməlidir. Sözügedən xəstələrdə aşağı dozanın ölümə səbəb ola biləcəyi vurğulanıb və bildirilib ki, bu, həzm sistemində qanaxmaya kimi gətirib çıxara bilər. 

Digər tərəfdən məlumatda qeyd edilib ki, qanaxma riski olmayan 40 yaşlarında insanlar üçün "Aspirin”nin profilaktik istifadəsi faydalı ola bilər, lakin bu ehtimal 50 yaşlar üçün daha azdır. İnfarkt keçirən xəstələrdə aşağı dozalı "Aspirin”nin istifadəsinə davam etmək tövsiyə olunub./Sfera.az 

Xəbər lenti

Çox oxunanlar