Xəzər Xəbər

Tibbi bankalar haqqında HƏQİQƏT. Kimə olar, kimə olmaz?

Maraqlı | 09:55 • 10 Oktyabr 2021
Tibbi bankalar haqqında HƏQİQƏT. Kimə olar, kimə olmaz?

İlk "banka"ları hələ Qədim Misirdə Və Qədim Çində istifadə edidilər. Onları mis, burunc və gildən hazırlayırdılar. Yaxın keçmişdə tibbi bankalar tez-tez istifadə olunan müalicə üsullarından biri idi.

Bankaları xəstələrə həkimlər təyin edirdi. Lakin hal hazırda bankaları daha çox xalq təbabəti üsullarına aid edirlər və həkimlərin əksəriyyəti onları xəstələrə təyin etmirlər. Bir çox Avropa ölkələrində bankalardan ümumiyyətlə istifadə olunmur, ABŞ-da onlar hətta qadağandır.

XəzərXəbər Saglamolun.az-a istinadən xəbər verir ki, əvvəllər bankalar əksər hallarda müxtəlif tənəffüs orqanları xəstəlikləri zamanı istifadə olunurdu. Belə hesab olunurdu ki, banka qoyulan yerdə qan və limfa dövranı güclənir ki, nəticədə orqanizm xəstəliklə daha aktiv şəkildə mübarizə aparır. Lakin bu qismən belədir.

Bəli, bankaların təsirindən qan və limfa dövranı həqiqətən güclənir ki, bunun nəticəsində orqanizmdə olan infeksiya daha sürətlə miqrasiya etməyə (hərəkət etməyə) başlayır və tez yayılır.

Məhz bu səbəbdən hal hazırda həkimlər kəskin traxeit, laringit, kəskin və xroniki bronxit, pnevmoniya (kəskin dövrdə), plevrit zamanı bankaların istifadə etməsinə qəti şəkildə icazə vermirlər. Bankaların istifadəsi pnevmoniya zamanı xüsusilə təhlükəlidir ki, xəstədə pnevmotoraks (ağciyərin toxumasının yırtılması) inkişaf edə bilər.

Bankalar sadaladığımız xəstəliklərin yalnız sağalma dövründə, sağalma prosesini bir qədər sürətləndirmək üçün istifadə oluna bilər.

Bankalar ağrıları (baş, əzələ, oynaqlar) çox yaxşı müalicə edir. Belə hesab olunur ki, bankalar əzələlərin gücünü artırır. Məhz bu səbənbdən son zamanlar müxtəlif iri idman yarışlarında bəzi idmançılar bu üsuldan çox geniş istifadə edir. Mütəxəssislər onu hətta "təbii dopinq" adlandırırlar.

Bankalar nə zaman qadağandır?

Bankalar müxtəlif şişlər (xoş- və bədxassəli) zamanı əks göstəriş sayılır.

Müxtəlif dermatitlər (dəri iltihabları), dəri infeksiyaları, dəri travmaları zamanı da bankaları qoymaq olmaz.

Qıcolmalara meyilli olan insanlara, xəstəlik və ya digər səbəblərdən həddindən artıq arıqlamış və zəifləmiş insanlara, ciddi ürək xəstəlikləri olan insanlara (ürək qüsurları, ağır hipertoniya, stenokardiya tutmalarının tez-tez təkrarlanması, kəskin ürək çatışmazlığı və s.), 3 yaşına kimi olan uşaqlara tibbi bankalar qoyulmur.

Xəstənin qızdırması 37,5 C-dən yuxarı qalxanda da bankaların istifadəsi qadağandır.

Beləliklə, tibbi bankaları yalnız həkimin  müayinəsindən sonra və həkimin icazəsi ilə istifadə etmək olar. Əks halda siz xəstənin sağlamlığına ziyan vura bilərsiniz.

Xəbər lenti

Çox oxunanlar