Maya təqviminə görə, Qiyamət 2012-ci il dekabrın 21-də qopmalı idi. Amma bu öncəgörmə gerçəkləşmədi. İndi də vikinqlərin Apokalipsis üçün verdiyi tarix müzakirə mövzusuna çevrilib.
Vikinqlər əsrlər əvvəl Qiyamət üçün 22 fevral tarixini göstərsələr də, heç bir tarix verməyiblər.
Müxtəlif sivilizasiyaların Qiyamət tarixləri ilə bağlı öncəgörmələri keçmişdən bu günə qədər gündəmdədir. Mayalıların 2012-ci il üçün proqnozları gerçəkləşməsə də, uzun müddət gündəmdən düşməmişdi. İndi də vikinqlərin Apokalipsis üçün verdiyi 22 fevral tarixindən söhbət açılıb.
“Raqnarok” qədim skandinav dilində “raqna” və “rok” sözlərinin birləşməsindən əmələ gəlib. “Raqna” “tanrıların nizamlayıcı gücü” deməkdir. “Rok” isə “əzab” və “tale” mənasında işlənir. Bu iki sözün birləşməsindən yaranan “raqnarok” sözü “tanrıların taleyi” deməkdir.
Tam olaraq, “raqnarok” kosmosdakı hər şeyin, hətta tanrıların fəlakəti deməkdir. Buna görə də, “mövcud olan hər şeyin sonu” da adlandırmaq olar. Bu sona “Apokalipsis” deyilir. Vikinq təqviminə görə, bu sonluqda İngiltərənin Yorkşir bölgəsindəki Raqnarok qəsəbəsi dünyada salamat qalan yeganə bölgə olacaq.
Raqnorak öncəgörməsində dünyanın və bəşəriyyətin sonunun fevralın 22-də gələcəyi deyilir.
Dəqiq il göstərilməsə də, vikinqlərin öncəgörməsində dünyanın son günü üçün ssenari belədir:
Günəş və Ay tutulacaq.
Şər tanrısı Loki zəncirlənmiş oğlu Qurd Fenriri azad edəcək.
Kökləri nüvəyə qədər uzanan və budaqlarında müxtəlif diyarları daşıyan Dünya ağacı yer altındakı əjdaha Nidhoqq tərəfindən quruyana qədər dişləniləcək.
Yormunqand ilanı dənizdən çıxacaq.
Yer yarılacaq və cəhənnəmin qorxunc varlıqları üzə çıxacaq.
Mifoloji tanrılar son döyüşlərini aparırlar və yeni nizam qurulur.
22 fevral hadisələri bitdikdən sonra dünyada yeni dövrün başlayacağına inanılır. Tarlalarda əkin başlamadan bitkilər öz-özünə cücərəcək və bütün xəstəliklərin yox olacağı dövr başlayacaq. Hud tərəfindən öldürülən Balder geri dönəcək. Raqnarokda ölən tanrıların övladları tanrıların miraslarını geri alacaqlar./Teleqraf.com