Karib dənizinin sahillərində yerləşən “Jade Mountain Resort” oteli bu günədək qonaqlarını heyrətləndirməkdə davam edir.
Xezerxeber.az xarici saytlara istinadən xəbər verir ki, oteldə hər şey insanların rahatlığı və yaxşı istirahəti üçün düşünülüb.
Burada nəinki telefon, hətta radio və televizor da yoxdur. İnternetə giriş yalnız qəbul otağında mümkündür. Maraqlısı odur ki, otelin hər otağı yalnız üç divardan ibarətdir. Dördüncü divarın olmaması isə müsbət hal kimi dəyərləndirilir. Belə ki, açıq yerdən təbiətin gözəl mənzərəsini seyr etmək olar.