ABŞ Milli Kosmos İdarəsi (NASA) Günəş sisteminin ən uzaq planeti olan Neptuna araşdırma vasitəsi göndərməyi planlaşdırır.
Kosmik agentlik uçuşun 2031-ci ilə planlaşdırıldığını açıqlayıb.
“Neptun Odissey” missiyası 3.4 milyard dollara başa gələcək və 2043-cü ilə qədər səkkizinci planetə çatacağı gözlənilir.
Kosmik səyahət amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinə məxsus olan “Space Launch System” və ya “Falcon Heavy” raketi ilə planlaşdırılır.
İlk dəfə 1989-cu ildə ABŞ-ın “Voyager-2” zondu Neptunun orbitinə çatıb. Günəş sisteminin ən uzaq planetini araşdırmaq üçün yeni missiya tarixin ən bahalısı olacaq.
Bundan əvvəl ABŞ-dan olan astronomlar Günəş sistemində hipotetik doqquzuncu planetin mövcudluğuna dair yeni sübutlar tapıblar./Teleqraf.com