Xəzər Xəbər

DƏHŞƏTLİ İDDİA: Bu tarixdə dünyanın sonu gələcək

Maraqlı | 12:42 • 29 Sentyabr 2021
DƏHŞƏTLİ İDDİA: Bu tarixdə dünyanın sonu gələcək

16-cı əsrdə yaşamış, öz öləcəyi günü bilən fransız kahin Nostradamusun proqnozları yenidən gündəmə gəlib.
 
Kahinin dünyanın sonu ilə bağlı fikirləri insanlarda qorxu və narahatlıq yaradıb. Belə ki, Nostradamus 10 may tarixində dünyanın sonunun gələcəyini deyib. Lakin bunun hansı ildə reallaşacağı bəlli deyil. 

Bundan əlavə, kahin üçüncü dünya müharibəsinin də baş tutacağını və bu savaşın 25 il davam edəcəyini bildirib. Onun sözlərinə görə, sözügedən müharibə əvvəlkilərdən fərqli olaraq, daha çox itkiyə səbəb olacaq. Nostradamus həmçinin vulkanların partlayacağını, xüsusilə ABŞ-ın Yellouston parkında bunların gerçəkləşəcəyini iddia edib. 

O, Günəşdə böyük partlayışların olacağını da söyləyib. Kahin çoxillik savaşlardan və təbii fəlakətlərdən sonra insanların minillərlə barış və rifah içində yaşayacağını vurğulayıb. Bunun baş verən müharibələr nəticəsində Dünyada insan sayının kəskin azalması səbəbindən baş verəcəyi ehtimal edilir. 
 
Qeyd edək ki, Nostradamus ölümündən öncə ona "Gecəniz xeyirə” deyən rahibə "Sabah öləcəm” cavabını verib və proqnozunun doğru çıxması insanlarda kahinin digər iddialarının da reallaşacağı ilə bağlı qorxu yaradıb./Sfera.az 

Xəbər lenti

Çox oxunanlar