Xəzər Xəbər

Koronavirusdan sağalan hər kəs mütləq bu analizləri verməlidir

Maraqlı | 14:02 • 18 Sentyabr 2021
Koronavirusdan sağalan hər kəs mütləq bu analizləri verməlidir

COVID 19 infeksiyasına yoluxub sağalmış hər kəs xəstəliyi hansı formada keçirməsindən asılı olmayaraq, kontrol analiz və testlər verməlidir.

Həkimlər koronavirusdan sonra tromboz riskinin artdığını bildirir. Ona görə mütləq hər kəs ilk növbədə qanın laxtalanması və D dimer analizini verməlidir.

Eləcə də qanın ümumi analizi, böyrəklərdə kreatin, qaraciyər göstəriciləri yoxlanılır.

Yenicə sağalanlar İgM və İgG analizi - orqanizmdə aktiv virus olub-olmaması və antitek yaranıb -yaranmamasını yoxlatmaq yaxşı olar. Bu xəstənin tam sağaldığını dəqiqləşdirəcək. /medicina.az

Xəbər lenti