Xəzər Xəbər

NASA-dan şok iddia: Marsda yaşamaq mümkündür

Maraqlı | 09:28 • 18 Sentyabr 2021
NASA-dan şok iddia: Marsda yaşamaq mümkündür

ABŞ-ın Milli Kosmos İdarəsi (NASA) Marsda “Perseverance” kosmik aparatının əldə etdiyi ilk nümunələrin “qırmızı planet”də su olduğunu göstərdiyini açıqlayıb.

NASA bunun Marsda həyatın mövcudluğuna böyük sübutlar verdiyini bildirib.

Agentlik planetdəki Jezero kraterinin vaxtilə həyat üçün potensial mühit olduğunu iddia edib. Əldə edilən yeni nümunələr qədim lava axınlarından əmələ gəldiyini göstərən bazaltik tərkibə malikdir.

Əldə edilən torpaq nümunəsi uzun müddətdir Marsda yeraltı suların mövcud olduğunu göstərir.

“Bu, Marsdakı maye suyun tarixidir. Bu, daha böyük suallara cavab verməyə kömək edəcək”, - NASA yetkilisi Mitç Şult deyib.

Eyni zamanda, tədqiqatçılar torpaq nümunələrində yeraltı suların buxarlandığı zaman əmələ gələ biləcək duzların olduğunu təsbit ediblər. Bu minerallar Marsın qədim iqlimi və yaşayış potensialına dair yeni dəlillər üzə çıxara bilər. Bu kimi minerallara Yerdə də rast gəlinir.

Elm adamları yeraltı suların vaxtilə Jezeronun içərisinə axan sudan qaynaqlandığını və ya gölün qurumasından sonra sızdığını da ehtimal edirlər. Ancaq Marsın səthini dəyişdirən suyun on minlərlə və ya milyon illərdir mövcud olub olmadığı bəlli deyil. NASA suyun keçmişdə planetin mikroskopik həyat üçün daha əlverişli olması üçün kifayət etdiyini iddia edib./Teleqraf.com 

Xəbər lenti