İngiltərə Ali Məhkəməsi Kraliça II Elizabetin mərhum həyat yoldaşı Şahzadə Filipin vəsiyyətinin ən azı monarxiyanın şərəfini qorumaq naminə 90 il gizli saxlanılması barədə hökm verib.
Hakim Endryu Makfarlen Şahzadə Filipin vəsiyyətinin möhürlənməsini və heç bir nüsxəsinin məhkəmədə saxlanılmamasını qərara aldığını açıqlayıb.
Hakim şahzadənin mirasının dəyərinin vəsiyyətnaməyə daxil edilməməsinə də qərar verib.
Vəsiyyətnamənin təsdiqlənməsinin ən az 90 il çəkəcəyini və bu vaxtın kifayət etdiyini qeyd edən Makfarlen bildirib: “Kraliça və yaxın ailəsinin ləyaqətini qorumaq üçün məhdud sayda insanın yer aldığı bu qrupun həyatının özəl sahələri üçün təşkil edilən müdafiənin gücləndirilməsinə ehtiyac var”.
Vəsiyyətinin gizli qaldığı ilk kral ailəsi üzvü Kral V Corcun xanımı Kraliça Merinin qardaşı Şahzadə Frensis idi. Bundan əlavə, Kraliça II Elizabetin anası Elizabet və bacısı Şahzadə Marqaretin ölümündən sonra da vəsiyyətləri möhürlənib.
Şahzadə Filip iyun ayında 99 yaşında vəfat edib./Teleqraf.com