Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib.
Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib.
Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb.
O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğunu diqqətə çatdırıb.
Hazırda şəhər bələdiyyəsinin saytında yerli sakinlərə abidənin yerini seçmək təklif olunur.
Uyğun məkanın müəyyənləşdirilməsindən sonra heykəltəraşlar arasında müsabiqə elan ediləcək.