Ukraynada COVID-19 səbəbiylə ölənləri bostanlarda, bağlarda basdırmağa başlayıblar.
Ukraynanın Lvov vilayətində sakinlərin etirazı bu məsələnin açılmasına səbəb olub.
Yerli sakin və bağ sahəsinin sahibi İrina Rivak açıqlamasında bildirib ki, keçən yaza qədər öz torpaqlarında təhlükəsiz şəkildə məhsul yığdıqları halda, bu il birdən bağlarda kiminsə dəfn edildiyinin fərqinə varıblar.
"Bir il karantin oldu, bağlara getmədik, amma bu il gəldik, burada belə bir sürprizlə qarşılaşdıq" deyib. Qeyd olunur ki, qəbirlərin görünməyə başladığı yerlər 2008 -ci ildə tərəvəz bağlarının sahibləri özəlləşdirməyə başlayaraq kooperativ yaradıblar.
Kooperativin sədri Natalya Oniskiv "Mülkiyyət ilə bağlı sənədi yalnız yayda, ölülər artıq torpaq sahələrində dəfn edildikdən sonra almışıq. Bura bizim ərazimizdir, 1992 -ci ildə kənd məclisi tərəfindən ayrılan torpaqdır" deyib.. Qəbiristanlıq direktoru Yaroslav Martynov, öz növbəsində, COVID-19 səbəbiylə ümidsiz bir vəziyyət elan edib. Onun dediyinə görə, ölülər üçün torpağa basdırılacaq yeri yoxdur. Hazırda mübahisəli ərazidə yeni dəfnlər edilməsə də, yalnız əvvəllər qohumlarının yanında yer sifariş edib pul ödəyənlər orada dəfn ediləcək./Metbuat.az