Xəzər Xəbər

Türkiyədə FƏLAKƏT XƏBƏRDARLIĞI: Damlar uça, ağaclar aşa bilər

Maraqlı | 14:57 • 8 Sentyabr 2021
Türkiyədə FƏLAKƏT XƏBƏRDARLIĞI: Damlar uça, ağaclar aşa bilər

Proqnozlara görə, havanın temperaturu şimal və daxili sahələrdə mövsümün normasından 2-4 dərəcə aşağı, digər yerlərdə isə mövsümün normasına yaxın olacaq.

Bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi xəbərdarlıq edib.

"Küləyin sürəti Mərmərə dənizində, Şimal Ege sahillərində, Qara dənizin qərb sahillərində, şimal və şimal-şərq istiqamətlərində güclənək. Bəzi yerlərdə qısamüddətli şiddətli fırtınaya səbəb olacaq (40-70 km/sa). Küləyin sürətindən ağacların və dirəklərin aşma, damlar uçma təhlükəsi var. Həmçinin nəqliyyatın pozulması kimi mənfi hallar baş verə bilər. Gözlənilən hava şəraiti ilə əlaqədar vətəndaşları diqqətli olmağa çağırırıq", - qrumun məlumatında deyilir./Publika.az 

Xəbər lenti