Xəzər Xəbər

Vaksinlərin təsirini azaldır - "Mu" ştammının ilkin əlamətləri

Maraqlı | 14:43 • 8 Sentyabr 2021
Vaksinlərin təsirini azaldır - "Mu" ştammının ilkin əlamətləri

Türkiyədə iki nəfərdə aşkar edilən koronavirusun "Mu” variantının əlamətləri açıqlanıb.
 
Bu barədə Ankara Universitetinin professoru İsmayıl Balık məlumat verib. 
 
Onun sözlərinə görə, yeni növün əsas xüsusiyyəti vaksinlərin təsirini azaltmasıdır: 

"Amma önəmli olan yeni variantın "Delta” ştammını ötüb-ötməməsidir. Ehtimallara görə, "Mu” da daxil olmaqla, yeni ştammlar "Delta”dan daha güclü və sürətlidir”.

Mütəxəssis qeyd edib ki, "Mu” variantının əlamətləri digər növlərdəki kimi qızdırma, öskürək və qoxu-dad itkisidir və hələ də yeni əlamət müşahidə edilməyib.
 
"Mu"dan qorunma yolları da digərləri ilə eynidir. Ən əsası, maska, sosial məsafə və gigiyena qaydalarına əməl etməkdir. Bu üç qaydaya əməl etsək, problem yaşayacağımızı düşünmürəm. Yeni ştammın öldürücü olub-olmadığı dəqiq bilinmir. Dünya üçün təhlükə törədəcəyi halda, peyvəndləmə prosesi sürətli formada 2-3 ay ərzində dəyişəcək. Hələ ki, "Mu” variantından qorxmaq lazım deyil”, - deyə İsmayıl Balık əlavə edib.

Xatırladaq ki, "Mu” variantına ilk dəfə Kolumbiyada rast gəlinib. ÜST-ün məlumatına görə, yeni ştamm indiyə qədər 40 ölkədə aşkar edilib./Sfera.az

Xəbər lenti