Dünyanın ən varlı adamı Ceff Bezos indi də ölümsüzlüyə nail olmağa çalışacaq.
"Amazon" və "Blue Origin" kosmik şirkətinin qurucusu Bezos, "hüceyrələrin bərpası" üzərində çalışan bir biotexnika firmasına sərmayə qoyub.
ABŞ və İngiltərədə 2021-ci ilin əvvəlində qurulan "Altos Labs" şirkəti yaşlanmanı dayandıran və geri çevirə bilən texnologiya üzərində işləyir. Şirkət yarandığı gündən bu yana Bezos kimi tanınan şəxslərdən 270 milyon dollar sərmayə toplayıb.
Mütəxəssislər 80 yaşındakı bir canlıdan alınan hüceyrələrin 40 il cavanlaşa biləcəyini düşünürlər. Ancaq riskli olduğu bildirilən bu metodun hazırda insanlar üzərində sınanmasının mümkün olmadığı deyilir.
Ceff Bezos "Amazon”un baş direktorluğu vəzifəsindən getməzdən əvvəl işçilərinə yazdığı məktubda "Ölümə qalib gəlməlisiniz", - deyə bildirib./Sfera.az